Odlar Yurdunun Paytaxtında etməli olduqlarınız
Qədimliyinə, əhalisinin və ərazinin böyüklüyünə görə Şərqin ən qədim və ən böyük şəhərlərindən biri olan Bakı Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir. Bakı öz gözəlliyini , keçmişini qoruyaraq müasir Avropa şəhəri kimi öz memarlığı ilə zövqünüzü oxşayacaq. Qız Qalası, İçərişəhər, Atəşgah, Dənizkənarı Bulvar, Qobustan, Qala, Şirvanşahlar saray kompleksi Bakının ən görməli yerlərindəndir.
Qız Qalası
Bakının ən sirli ,görməli yerlərindən biri XII əsrə aid olan Qız Qalası, İçərişəhərin mərkəzində yerləşir. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilib, günbəz fоrmalı tavanla örtülüb. Аbidənin quruluşunа əsаslаnаrаq onun tаrixini qədim dövrlərə çəkib аpаrаn tədqiqatçılar Qalanın аtəşpərəstlik məbədi, Mitrа və Аnаhitа ilаhələri ilə əlаqədаr tikili оlduğunu söyləyirlər. Əsrlər boyu müxtəlif döyüşlərdə zədələnən Qız qalası tədricən bərpa edilərək orta əsrlərdə, İçərişəhər Qala divarı ilə bərabər şəhərin müdafiəsinə хidmət edib. Bunu abidənin quruluşundakı dəyişikliklər də sübut еdir. Qız qalasının maraqlı cəhətlərindən biri də onun içərisində qayadan оvulub düzəldilmiş su quyusudur. Diamеtri 0,7 metr оlan bu quyu qalanın cənub-şərq divarının içindədir. Hesablamalar nəticəsində, quyunun dəniz suyunun səviyyəsi ilə heç bir əlaqəsi olmadığı müəyyən edilib. Bakının əsas simvollarından sayılan ,hündürlüyü 28 metr olan bu tikilinin ən yuxarı nöqtəsinə çıxsaz, Bakının gözəl mənzərəsi ilə qarşılacaqsız. Qız Qalası 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlayıb, 2000-ci ildə isə UNESCO-nun Ümumdünya İrsi siyahısına salınmışdır.
İçərişəhər
Hər tərəfdən qala divarları ilə əhatələnən V əsrə aid olan qədim İçərişəhər hər tərəfdən qala divarları ilə əhatə olunmuşdur. İndiki dövrdə İçərişəhər Bakıda Şərqin orta əsr memarlığını qoruyub saxlayan yeganə məkandır. İçərişəhərin hər daşında siz bu qədimliyi hiss edəcəksiniz o dövrün ruhunu duyacaq və müsbət enerji əldə edəcəksiniz. İçərişəhər xalq arasında həm də Qala və ya sadəcə Qədim şəhər kimi tanınır, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. Burada 1300-dən çox ailə yaşayır, 4-ü dünya, 28-i yerli əhəmiyyətli olmaqla bir sıra tarixi-memarlıq abidələri yerləşir, muzeylər, səfirliklər, otellər, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşahlar saray kompleksini Azərbaycan memarlığının inciləri hesab edirlər. Bu unikal tikililər və turizm potensialının geniş spektri İçərişəhəri turistlər üçün maraqlı məkanlardan birinə çevirir. 1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib. 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilmiş ilk obyektdir.
Atəşgah
XVII əsrdə atəşpərəst hindli tacirlər tərəfindən Bakının yaxınlığındakı Suraxanı kəndində inşa edilmiş bu məbəd də mütləq görülməli yerlər siyahısındadır Atəşgah XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ilk tikililəri II-III əsrə aiddir. XVII-XVIII əsrlərdə qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş bu məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. Erkən orta əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti atəşpərəstlik, yəni zərdüşt dininə sitayiş edirdi. VII əsrdə islam dininin yayılması ilə əlaqədar başlanan və üç yüz il davam edən ərəb ekspansiyası dövründə zərdüştliyə sarsıdıcı zərbə vurulur. Atəşpərəstlər təqib olunur, atəşgahlar dağıdılır. Atəşgah 1998-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Sahəsi 1368 kvadrat metr olan Dövlət Tarix-Memarlıq Qoruğu 1972-ci ildən muzey kimi fəaliyyət göstərir. “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli də məhz “Atəşgah” məbədində yandırılıb.
Heydər Əliyev Mərkəzi
Heydər Əliyevin adını daşıyan Mərkəz müasir Azərbaycanın, müasir Bakının rəmzinə çevrilib. Mərkəzin inşasına 2007ci ildə başlanılmışdır.Müəllifi məşhur memar Zaha Hadiddir.Bina isə 2012-ci il mayın 10-da istifadəyə verilib.. Mərkəzin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirir. Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir. Mərkəzin binasının layihəsində düz xətlərdən istifadə olunmayıb.Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir. Binanın inşası zamanı ümumi uzunluğu 90 km təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulmuşdur. Sahəsi 40 000 m² olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur- üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunmuşdur. Əsas bina 3 bölmədən ibarətdir:
Dənizkənarı Bulvar
Xəzər dənizinin sahilində yerləşən Dənizkənarı Milli Park 1909-cu ildə yaradılıb. Ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Uzunluğu 16 km-ə çatan Dənizkənarı Bulvarda şəhər sakinləri və qonaqlar Bakı Ağ şəhər Bulvarındakı “Bulvar Hotel”dən başlayaraq, Dövlət Bayraq Meydanı və onun ətrafı da daxil olmaqla, Bayıl bulvarının sonunda yerləşən Su İdmanı Arenasına qədər olan ərazidə istirahət edə bilərlər. Bulvar boyu gəzərək siz Beynəlxalq Muğam Mərkəzi, Xalça muzeyi, Kukla teatrı, Dövlət Bayraq Meydanı, Daş Salnamə Muzeyi, “Şeytan” çarxı, Yarat Müasir İncəsənət Mərkəzi kimi yerlərlə əyani tanış olacaqsınız.Park Bulvar alış-veriş mərkəzində isə vaxtınızı əyləncəli keçirə biləcəksiniz.
Qobustan
Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, Bakıdan 56 km aralıda yerləşir. Burada həmçinin muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit dövrünə aid abidələr sərgilənir, ərazidə bir sıra mağaralar, bulaqlar və s. var. 1000-ə qədər qayada çəkilən 4-5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələri qədim bir rəssamlıq məktəbinin yaradıcılığıdır. Qobustana maraq ildən-ilə artmışdır. Qayaüstü qayıq rəsmlərinin tədqiqatçısı, görkəmli Norveç səyyahı Tur Heyerdal Qobustanda olarkən bu rəsmlərə yüksək tarixi qiymət vermişdir. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu (“Qobustan Qaya Sənəti Mədəni Landşaftı”) 2006-ci ildə milli status alıb, 23 iyun - 2 iyul 2007-ci il tarixində Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən UNESCO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 31-ci Sessiyası çərçivəsində Ümumdünya Maddi-Mədəni İrs Siyahısına daxil edilmişdir. Divarlarında həkk olunan saysız heyvan rəsmləri və adətlərin görüntüləri “təkrarolunmaz tarixi dəyər” kimi qeyd olunub.
Bu gözəllikləri görmədən Bakıdan ayrılmayın.