Niyə məhz Azərbaycanı ziyarət etməlisiniz?
Qəbələ
Qəbələ, ölkəmizin zəngin və qədimliyi ilə seçilən guşələrindən hesab edilir. Bu şəhər qədim Qafqaz Albaniyasının 600 illik paytaxtı olmuşdur. Şəhər ərazisində bir çox tarixi və mədəni abidələrin mövcud olması ilə yanaşı, qədim şəhərin əsas qapıları və qalıları indiyə qədər qorunub saxlanmışdır. Burada yerləşən Gabaland, 16 hektarlıq sahəsi ilə Müasir Azərbaycanın ən böyük parkı hesab edilir. Şəhər, hər il bir çox Beynəlxalq musiqi festivallarına ev sahibliyi edir. Bunlara Bəynəlxalq Klassik Musiqi Festivalı, Caz Festivalı və Muğam Festivallarını örnək vermək olar.Məshur piano brendi Beltman Dutch da məhz Qəbələdə istehsal edilməkdədir.
Göy Göl
Vizuallığı, saflığı və rəngləri ilə ölkəmizin şərqində yerləşən bu qoruq velhedicidir. Göy Göl Qoruğu öz adını verdiyi Göy Göl şəhərinin yaxınlığında yerləşməkdədir. Bu regionda hava il ərzində daha çox soyuq və qış aylarında quru keçməkdədir.Ortalama temperatur 4 ilə 10 dərəcə arasında dəyişir. Göy Göl`ün ümumi ərazisi 7,131 hektardır. Qoruğun yaradılma məqsədi burada yerləşən təbiətin əsaslı bərpası olmuşdur. İndi sahib olduğu mənzərə 1925-ci ildə formalaşdırılıb. Göy Göl qoruğunda 10-a yaxın göl yer alır. Bunlardan ən məşhuru 1139-cu ildə yaranan Göy Göl olduğu üçün qoruq da onun adını alıb.
Xınalıq
Nuhun Gəmisi rəvayətinə əsasən iddia olunur ki, o böyük daşğından qurtulan gəmisi ilə bu ərazidə lövbər salıb. Keçmiş Alban qəbilələrinin yaşadığı Xınalıq kəndində insanlar özlərinə məxsus dildə danışırlar. Adət ənənələrinin bir çoxu iyirmi birinci əsrə qədər gəlib çıxmışdır. Bu kəndlə bağlı iddia edilən bir digər fakt isə onların “Qar Adamını” öz gözləri ilə gördüklərini iddia etmələridir. Dəniz səviyyəsindən 2300 metr yuxarıda yerləşməsindən də anlaşıla biləcəyi kimi təmiz hava və gözəl mənzərəyə sahib bu yeri ziyarət etmədən Azərbaycanı tərk etməyin.
Lahıc
İsmayıllı rayonunun Lahıc kəndi qədim şəhərsalma və memarlıq sənətinin orijinal abidələrindən biri hesab edilir. Bir zamanlar Qafqaz və onun hüdudlarından kənarda ən məşhur sənətkarlıq-ticarət mərkəzlərindən biri kimi qəbul edilib. Rus çarlarının geydiyi əfsanəvi Manomax papağı məhz bu şəhərdə tikilirdi. Lahıc, oyma ornamentlə bəzədilan xəncər və s. tipli soyuq silahların və mis qabların hazırlanması ilə də məşhurlaşmağı bacarıb. Dövlət tərəfindən qorunan bu kənddə ustalar hələ də öz emalatxanalarında turistlər qarşısında müxtəlif əşyaları hazırlayaraq onları valeh edirlər. Əgər siz də tarixi sivilizasiyaların necə yaşadığını, orta əsrlər barədə məlumatlı olmağı hədəfləyənlərdənsinizsə Lahıcı ziyarət etmək üçün ideal zamandır.